23 Dekabr 2025 / 13:50

Ukrayna ilə bağlı video-müraciəti Harri Kasparovu işə saldı

Bu günlərdə videomüraciətində Rusiyanın Ukraynaya qarşı müharibə aparmasını pisləyərək Ukrayna ordusunun daha güclü müqavimət göstərməsini söyləməsi tanınmış şahmatçı Harri Kasparovun barəsində Rusiyada cinayət işi açılmasına səbəb oldu. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, onun barəsində “terrorizmə haqq qazandırmaq” ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb. Məlumatda deyilir ki, müvafiq qərar Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi tərəfindən qəbul edilib. Məhkəmənin məlumatına görə, istintaq orqanları dekabrın 22-də Kasparovun qiyabi həbs olunması ilə bağlı vəsatət təqdim edib. Hazırda Rusiyada “xarici agent” kimi tanınan, həmçinin terrorçular və ekstremistlər reyestrinə daxil edilən Qarri Kasparova qarşı rəsmi ittiham irəli sürülüb. Kasparov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi — informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə terrorizmə açıq şəkildə haqq qazandırmaqda və ona çağırışlar etməklə ittiham olunur.

Qeyd: Qarri Kasparov uzun illərdir Rusiyadan kənarda yaşayır və Kremlin siyasətinə qarşı sərt tənqidləri ilə tanınır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!