Əsas məzmuna keç

Erməni KİV-i yeni Konstitusiya layihəsinin mətninin savadsız hazırlandığını və bu işin hələ 1 il çəkəcəyini iddia edir…

Ermənistan KİV-nin iddiasına görə, Əsas Qanun layihəsinin yekunlaşdırılması bir il çəkəcək.

Yeni Konstitusiya layihəsi, hətta  “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri üçün də sürpriz oldu, baxmayaraq ki, əvvəllər dərc olunmazdan əvvəl hakim partiya daxilində müzakirə ediləcəyi elan edilmişdi.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti Dövlət Dumasındakı mənbələrə istinadən məlumat yayıb.
“Onlar həmçinin konstitusiya hüququ üzrə mütəxəssislərin qiymətləndirmələrini izləyir və belə bir savadsız mətnin necə hazırlana biləcəyinə təəccüblənirlər. Bundan əlavə, mənbəmiz hesab edir ki, yeni Konstitusiyada o qədər çox çatışmazlıq var ki, onu yekunlaşdırmaq üçün ən azı bir il çəkəcək”, – deyə qəzet yazır və əlavə edir ki, sənəd hətta konstitusiya islahatı komissiyasına təqdim edilməyib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ötən gün ictimaiyyətə təqdim edib.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…