Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiyanın bütün cəbhə boyu irəliləməyə cəhd etdiyi bir vaxtda Zelenski maraqlı bəyanatla çıxış edib…
Tezadlar.az CNN-ə istinadla bildirir ki, o. “Ukraynanın ehtiyac duyduğu silahların tədarükü döyüşlərin xarakterini dəyişdirə və işğalçıların ölkə ərazisindən çıxarılmasını sürətləndirə bilər”, – deyərək Ukrayna xalqına çağırış edib: “Biz neçə vaxtdır Ukraynanın döyüşün xarakterini dəyişdirmək, işğalçıların qovulması istiqamətində daha sürətli və daha inamlı hərəkətə başlamaq üçün lazım olan bütün silahlarla təmin edilməsi üçün mübarizə aparırıq. Bütün silahlar, o cümlədən MLRS-lə (raket yaylım atəş sistemi – red.). Bu aqressiyanı dayandırmaq üçün real zəruri olan sistemlərlə. Əminik ki, səylərimiz sayəsində hələ də səsimiz eşidiləcək”.
Prezident xatırladıb ki, Qərb tərəfdaşlarının əvvəllər buna son qoymaq və “indi Rusiya həqiqətən də Ukraynaya, Avropa birliyinə və azadlığa qarşı etdiklərinin tam bədəlini hiss edəcək”, – demək üçün çox imkanları olub. Amma etməyiblər. “İndi bunu etmək bizim boynumuza düşdü”, -deyə Zelenski bildirib.
A.Məmmədli