26 Dekabr 2025 / 18:25

“Avropa Parlamenti daha neqativ gündəlik formalaşdırmağa çalışır” -Ceyhun Bayramov

Avropa Parlamentinin Azərbaycanı hədəfə alan qətnamələrinin son illərdə sayı artıb.

Tezadlar.az   xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Avropa-Azərbaycan əlaqələri çərçivəsində müxtəlif təsisatlar var.

“Kimsə çalışır ki, Avropa pornyorlorları ilə daha müsbət gündəliyə fokuslansın. Avropa Parlamenti isə daha neqativ gündəlik formalaşdırmağa çalışır. Avropa Parlamentinin son açıqlamasına Milli Məclisin cavabı çox əsaslı olub. Ötən illə müqayisədə Avropa İttifaqının bir çox təsisatları Azərbaycanla münasibətlərdə daha çox aktivlik göstərib, xoş niyyət irəli sürüblər”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!