Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

AZAL-da Mentorluq Proqramı çərçivəsində növbəti görüş IV “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla keçirilib.
Bu barədə Tezadlar.az-a AZAL-dan məlumat verilib.
Görüş zamanı AZAL-ın strateji baxışı, şirkətin inkişaf prioritetləri, eləcə də dəyişən aviasiya bazarına uyğunlaşma istiqamətində planlaşdırılan əsas addımlardan bəhs olunub.
Eyni zamanda, hədəflərin reallaşdırılmasında vahid yanaşmanın, daxili koordinasiyanın və dayanıqlı inkişaf prinsiplərinin roluna toxunulub.
Həmçinin komanda işi mədəniyyətinin gücləndirilməsi, müxtəlif komandalar arasında effektiv əməkdaşlığın qurulması və liderlik bacarıqlarının inkişaf etdirilməsi mövzularında fikir mübadiləsi aparılıb.