Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Moldova hakimiyyəti Rusiyanı “Rus Evi”nin, Kişinyovdakı “Rusiya Elm və Mədəniyyət Mərkəzi”nin fəaliyyət göstərdiyi hökumətlərarası sazişin denonsasiyası barədə xəbərdar edib. Tezadlar.az xəbər verir ki, bu barədə jurnalistlərə Moldova Xarici İşlər Nazirliyinin rəhbəri Mixay Popşoy məlumat verib.
“Rusiya tərəfi artıq məlumatlandırılıb və yayda, çox güman ki, iyunun sonu – iyulun əvvəlində, hazırkı sazişin müddəalarının müddəti bitəndə onun müddəti uzadılmayacaq, bu da sənədin hüquqi qüvvəsinin başa çatması demək olacaq. Bu müddət başa çatdıqdan sonra mərkəzin Moldova Respublikasında fəaliyyət göstərməsi üçün qanuni əsasları olmayacaq”, – Popşoy bildirib. O əlavə edib ki, beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiya tərəfi bu müddəalara əməl etməlidir.
Azərbaycanda da xeyli müddətdir oxşar addım atılıb.
JASMİN