Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb. Tezadlar.az DİN-in Mətbuat Xidmətinə istinadla bildirir ki, naməlum şəxs rayon ərazisində mənzillərdən birinə daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib. O, bu yolla evdən 33 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Beləliklə, 33 min manatlıq qızılı, 2 min dolları və 10 min manatı ələ keçirdi, amma özü də ələ keçdi. Bu da özgə malına göz dikməyin sonu.
Elşad