Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

12 yanvarda Respublikaçı Nümayəndələr Palatasının üzvü Rendi Fayn ABŞ Konqresində Qrenlandiyanın ABŞ-a ilhaq edilməsi ilə bağlı qanun layihəsi təqdim edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qrenlandiya uzun illərdir Danimarka krallığının bir hissəsidir. Lakin ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, ada milli təhlükəsizlik üçün strateji əhəmiyyətini əsas gətirərək ABŞ-ın bir hissəsinə çevrilməlidir.
Qanuna görə, adanın ilhaqı xarici təhdidlər qarşısında ölkənin Arktikadakı maraqlarını təmin etmək üçün həyata keçirilməlidir: Rusiya və Çin iddialara görə, oradakı mövcudluğunu “aqressiv şəkildə genişləndirirlər”.
Agentliyin məlumatına görə, qanun layihəsinin qəbul edilməsi Trampa adanın ilhaqı və ya satın alınması üçün zəruri hesab etdiyi istənilən addımı atmağa imkan verəcək.
Qanunda deyilir ki, Amerika lideri Qrenlandiyanın ilhaqı üçün zəruri olan düzəlişlər barədə Konqresə hesabat təqdim etməlidir.
E.ŞİRİNOV