Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Yanvar 2026 / 12:30

Rusiya Daxili İşlər Nazirliyinin polkovniki Yekaterinburqda diaspor rəhbəri oldu

Yekaterinburqda “Azərbaycan – Ural” təşkilatının yeni rəhbərinin seçkisi keçirilib. Bu vəzifəyə Kərim Qasımov seçilib. Tezadlar.az ötən ay bu barədə ilkin məlumatı paylaşmışdı. https://tezadlar.az/orqandan-mescide-yekaterinburqda-yeni-lider-o-terefdarlarini-mescidde-toplayir/
Kərim Qasımov seçildiyi barədə məlumatı “Siqnal Ural” nəşrinə təsdiqləyib. Bununla belə, o, digər Ural mediası ilə mənfi təcrübəsini əsas gətirərək gələcək fəaliyyət planlarını ətraflı müzakirə etməkdən imtina edib.
Kərim Qasımov 2014-cü ildən “14 məsum” dini icmasına rəhbərlik edib. Bu ibadətgah Bazov döngəsində yerləşir və Yekaterinburqdakı yeganə şiə məscidi hesab olunur. Kərim Qasımov Sverdlovsk vilayətində sovet dövründən yaşayır. 35 il milis orqanlarında xidmət edib. Təqaüdə çıxana qədər polkovnik rütbəsində şəxsi heyətlə iş üzrə Oktyabr Rayon Daxili İşlər Şöbəsi rəis müavini vəzifəsində çalışıb. Hazırda isə DİN veteranları rayon təşkilatının fəaliyyətində iştirak edir.
Yeni diaspor liderinə qarşı Azərbaycanlıların münasibətinin yaxşı olduğu bildirilir. Bu barədə e1.ru saytı da yazıb.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!