Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Yanvar 2026 / 17:58

Mikel Arteta “Arsenal”da qalır

“Arsenal” rəhbərliyi baş məşqçi Mikel Artetanın nəticələrindən məmnundur. 

Tezadlar.az-ın xarici mətbuata istinadla məlumatına görə, “topçular” baş məşqçinin müqaviləsini uzatmaq niyyətindədirlər.

Qeyd olunur ki, ispaniyalının “Arsenal”la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. London klubunun rəhbərliyi ən azı 2028/29 mövsümünün sonuna qədər Arteta ilə işləməyə hazırdır. O, 2019-cu ilin dekabrında “topçular”ın baş məşqçisi vəzifəsinə təyin olunub.

Məlum olduğu kimi, Arteta paytaxt klubunun rəhbərliyi altında 2019/20 mövsümündə İngiltərə Kubokunu və iki Super Kuboku qazanıb.

Bu mövsüm “Arsenal” Premyer Liqada altı xalla liderlik edir və Çempionlar Liqasının qrup mərhələsindəki altı oyunun hamısında qalib gəlib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!