Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması bələdiyyələrin büdcəsinə çox böyük gəlir gətirəcək.
Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.
Sədr bildirib ki, paytaxtın Nərimanov rayonunda 1000 kvadratmetr qeyri-yaşayış sahəsində yerləşən bir ticarət mərkəzi obyekt sahibinə ayda 25 min manat icarə haqqı, bələdiyyəyə isə ildə bir dəfə 500 manat ödəyir.
“Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması o obyektlərə ciddi təsir etməyəcək, lakin bələdiyyələrin büdcəsinə çox böyük gəlir gətirəcək”, – deyə o qeyd edib.