Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Kvemo Kartli Regional Prokurorluğu ilə koordinasiyalı şəkildə keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qabaqcadan əlbir olan qrup tərəfindən külli miqdarda saxta aksiz markalarının hazırlanması və istifadəsi, eləcə də həyat və sağlamlıq üçün təhlükəli olan saxta məhsulların istehsalı faktı üzrə iki şəxsi saxlayıblar. Tezadlar.az xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb. İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər Rustavi şəhəri, Meşxişvili küçəsi 6 ünvanında yerləşən “Algani Təhlükəsizlik Şirkəti” MMC-nin ofisində müxtəlif məşhur markalar altında araqlar istehsal edib, həmçinin saxta aksiz markaları çap edərək həmin alkoqollu içkiləri etiketləyiblər. Hazırlanan saxta məhsullar Kvemo Kartli bölgəsində fəaliyyət göstərən satış məntəqələri və iaşə obyektlərində realizə olunub. Ofisdə, ofisin yaxınlığında saxlanılan avtomobildə və ticarət obyektlərində aparılan axtarışlar zamanı “Stolichnaya”, “Nemiroff”, “Black Sea”, “Filandia”, “Talka”, “Koskenkorva Vodka”, “Parliament” və “Gray Goose” daxil olmaqla müxtəlif markalı ümumilikdə 204 şüşə saxta alkoqollu içki, doldurulmaq üçün hazır vəziyyətdə olan 402 ədəd boş şüşə, alkoqol istehsalı və doldurulması üçün istifadə olunan materiallar, 1 053 ədəd saxta aksiz marka, həmçinin üzərində saxta aksiz markalarının elektron faylları saxlanılan kompüter avadanlıqları müsadirə edilib. Bildirilib ki, Maliyyə Nazirliyinin İstintaq Xidməti saxta alkoqollu içkilərin satış məntəqələrindən çıxarılması məqsədilə istintaq tədbirlərini fasiləsiz rejimdə davam etdirir.
Qurumun məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 200¹-ci maddəsinin 2-ci hissəsi və 197-ci maddəsinin 3-cü hissəsi üzrə istintaq aparılır. Həmin maddələr 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Azərbaycanda isə belə dələduzların “qulağını kəsib” buraxırlar…
A.Məmmədli