Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İspaniya Kordova əyalətində baş verən böyük qatar faciəsindən sonra üç günlük matəm elan edib.
Tezadlar.az bildirir ki, bu barədə Baş nazir Pedro Sançes açıqlama verib.
“Sançes qatar faciəsinin baş verdiyi günü bütün İspaniya üçün matəm günü adlandırdı. O, qurbanların ailələrinə dəstək ifadə etdi və tam ictimai dəstək vəd etdi”, – “El Mundo” qəzeti yazıb.
Baş nazir qəzanın səbəblərinin araşdırılmasında tam şəffaflığa zəmanət verib.
Qeyd edək ki, 18 yanvar axşamı İspaniyada iki sürətli qatar relsdən çıxıb. Qəza nəticəsində ən azı 39 nəfər həlak olub.
İspaniyanın nəqliyyat naziri Oskar Puente dəmir yolunun düz hissəsində iki qatarın iştirakı ilə baş verən bir neçə qəribə relsdən çıxma hadisəsini təsvir edib.
19 yanvar səhəri ölənlərin sayı 39 nəfərə çatıb.
E.ŞİRİNOV