Polşanın Krakov şəhərinin mərkəzində baş verən atışma nəticəsində beş nəfər ölüb, on nəfərdən çox insan yaralanıb.
Tezadlar.az xəbər verir ki, Polşa mediasının məlumatına görə, yerli vaxtla saat 15:00 radələrində silahlı şəxs şəhər mərkəzindəki Əsas Meydana daxil olaraq yoldan keçənlərə atəş açıb.
Hadisə yerinə polis, yanğınsöndürmə və tibbi qruplar göndərilib, təcili yardım helikopteri də eniş edib.
ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında dərc olunan Malopolska Polisinin açıqlamasında hücum nəticəsində beş nəfərin öldüyü, on nəfərdən çoxunun yaralandığı təsdiqlənib.
Məlumatda əlavə edilib ki, hücumçu polis tərəfindən vurularaq xəstəxanaya aparılıb və təhlükəsizlik qüvvələri hadisə yerində işlərini davam etdirir.
Hakimiyyət orqanları sakinləri və turistləri Əsas Meydandan uzaq durmağa çağırıb və yaxınlıqdakılara təhlükəsiz yerə köçməyi tövsiyə edib.
Polşa Prezidenti Karol Navrotski özünün X hesabında paylaşım edərək Krakov şəhər mərkəzində baş verən hadisələr barədə xəbəri böyük narahatlıqla qarşıladığını bildirib və həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.
Navrotski hadisənin tam araşdırılacağını gözlədiyini vurğulayıb.
ELBAR







