Əsas məzmuna keç

“Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir”

“Bu gün Türkiyə dövləti əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında söz sahibidir. Türkiyə nəinki bölgədə gedən proseslərə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərə də təsir göstərir”.xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib.

Tezadlar.az xəbər verir ki, Dövlət başçısı qeyd edib ki, Türkiyənin güclü iqtisadiyyatı, sənaye potensialı və siyasi çəkisi bu gün reallıqdır: “Bu, bizi çox sevindirir və bizi də gücləndirir. Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçib və bu gün həmin yolla inamla irəliləyir. Birlikdə biz daha da güclüyük. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu birlik sabitlik, əməkdaşlıq və təhlükəsizlik faktorudur”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…