Əsas məzmuna keç

Kolumbiyada hərbi bazaya bomba hücumu

Kolumbiyanın cənubundakı Bolivar inzibati bölgəsindəki hərbi bazaya pilotsuz təyyarə ilə edilən hücum nəticəsində beş əsgər həlak olub, 33 əsgər yaralanıb.

Tezadlar.az xəbər verir ki, hücum Santa Rosa del Sur şəhərindəki hərbi bazanı hədəf alıb. Hücum nəticəsində beş əsgər ölüb, 33 nəfər yaralanıb, onlardan səkkizinin vəziyyəti ağırdır.

Kolumbiya Ordusunun Birinci Diviziyası partlayıcı maddələrlə yüklənmiş dronlarla həyata keçirilən hücumun beynəlxalq humanitar hüququ və fundamental insan hüquqlarını pozduğunu bildirib və cinayətkarların tutulması üçün bölgədə hava dəstəyi ilə əməliyyatın başlandığını elan edib.

Sosial mediada paylaşılan və təsdiqlənən görüntülərdə bombalı dronların hərbi obyektin infrastrukturunu, kazarmalarını və inzibati binalarını hədəf aldığı, damlarının uçduğu və binalara ciddi ziyan dəydiyi göstərilir.

Prezident Abelardo de la Espriella sosial media hesabında terrorizmin dövləti diz çökdürə bilməyəcəyini bildirib.

De la Espriella Milli Ordu üzvlərini hədəf alan hücumu pisləyərək, bu cür hərəkətlərin Kolumbiyanın özünü müdafiə etmək əzmini daha da gücləndirəcəyini bildirərək, cinayətkarların müəyyən edilməsi və tutulması üçün gücləndirilmiş əməliyyatlar əmri verdiyini açıqladı.

Hələlik heç bir silahlı qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib və təhlükəsizlik orqanları rəsmi açıqlama verməyib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…