Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Demək, təkcə qəzetlər və ya saytlar yox, həm də kütləvi yayımda olan TV-lər də cəzalandırılıb. Audiovizual Şuradan Tezadlar.a-a verilən məlumatda deyilir ki, 2025-ci il ərzində “Space TV”, “ARB”, “Xəzər TV”, “MTV”, “ATV”, “ARB”, “Baku TV” kanallarının hərəsinə bir dəfə olmaqla ümumi 7 xəbərdarlıq edilib. Eləcə də, “MTV” və “Dünya TV” kanallarının yayımı hərəsi 3 saatlıq, “Kanal S”in yayımı 24 saatlıq, “Space TV”nin yayımı 6 saatlıq olmaqla ümumi 4 yayımın dayandırılması qərarı qəbul edilib. Bundan əlavə, “MTV” kanalının aid olduğu “Muz TV Azərbaycan” MMC-nin üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilməsi ilə bağlı protokol tərtib olunub. Keçən il ərzində “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələblərini yerinə yetirmədiyinə görə 11 operatorla bağlı inzibati cərimə protokolu tərtib olunaraq müvafiq məhkəmələrə göndərilib. Keçirilmiş məhkəmə baxışları nəticəsində bütün yazılmış protokollar məhkəmələr tərəfindən təmin olunub və operatorların hər biri 5000 manat cərimə olunub. 2025-ci ildə Audiovizual Şura müvafiq lisenziya almadan qanunsuz operatorluq fəaliyyəti həyata keçirən subyektlərə, internet resurslara, sosial şəbəkə hesablarına qarşı da mübarizəni davam etdirib. Bu sahədə Dövlət Vergi Xidməti, Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti ilə müvafiq koordinasiyalı fəaliyyət həyata keçirilib, lisenziya almadan qanunsuz operatorluq fəaliyyəti həyata keçirən 100-dən çox İP ünvana müraciətin məhdudlaşdırılması, habelə xarici kanalların qanunsuz retranslyasiya xidmətini təqdim edən 30-dan çox fiziki və ya hüquqi şəxsin fəaliyyətinin dayandırılması təmin edilib.
TV-lərin fəaliyyətindəki lüzumsuzluq, verilişlərin efir doldurmaq və pul qazanmaq naminə doldurulması ilə tamaşaçılara hörmətsizlik həmişə qınanıb. Amma bəziləri hələ də cəzalandırılmayıb. Aparıcalırn müstəntiqliyi, istintaq sirrini yayma hərəkətləri isə adi hal alıb…
A.Məmmədli