Əsas məzmuna keç

Alen Berse: Gürcüstanla dialoq davam etdiriləcək

Avropa Şurasının Baş katibi Alen Berse Gürcüstanla dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tezadlar.az xəbər verir ki, o bu barədə Avropa Siyasi Birliyinin sammitindən əvvəl Dublində jurnalistlərə açıqlamasında bildirib.

Alen Berse qeyd edib ki, Avropa Şurası Gürcüstan da daxil olmaqla, bütün üzv dövlətlərlə dialoqa hazırdır. Onun sözlərinə görə, tərəflər arasında şəffaf və səmimi müzakirələrin aparılması vacibdir.

Baş katib Gürcüstan Konstitusiya Məhkəməsində hazırda müzakirə olunan məsələləri də izlədiklərini bildirib.

O xatırladıb ki, Avropa Şurasının 46 üzv dövlətinin hər biri Avropa İnsan Hüquqları Konvensiyasına əməl etmək və Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını tanımaq öhdəliyi daşıyır.

Alen Berse vurğulayıb ki, bu prinsiplər əsasında Gürcüstanla dialoq və əməkdaşlıq davam etdiriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…