Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Həmkarlar ittifaqları Almaniya kansleri Fridrix Mertsin irəli sürdüyü islahatlara qarşı çıxıb və iş saatları qanunvericiliyinə yenidən baxılacağı təqdirdə kütləvi etirazlarla hədələyiblər.
Tezadlar.az bildirir ki, bu barədə Rusiyanın “Bild” nəşri məlumat verib.
Daha əvvəl Almaniya kansleri Fridrix Merts işgüzar dairələr üçün Yeni il qəbulunda çıxış edərkən bildirib ki, almanlar kritik iqtisadi vəziyyətdən çıxmaq üçün daha çox çalışmalıdırlar. Kansler İsveçrəni nümunə göstərərək qeyd edib ki, oradakı işçilər orta hesabla 200 saat daha çox işləyirlər. O, Almaniyanın da eyni şeyi edə bilməməsi üçün heç bir səbəb olmadığını söyləyib.
Bu arada, Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Yasmin Fahimi səkkiz saatlıq iş gününü keçməməli olan “qırmızı xətt” adlandırıb və hakimiyyət orqanları qanunvericiliyi dəyişdirməyə çalışarsa, “münaqişə yaranacağı” barədə xəbərdarlıq edib.
O, “Daha uzun iş həftəsi haqqında danışıqlar şirkətlərin iş yükünü yaxşılaşdırmağa və ya sifariş kitablarını doldurmağa kömək etməyəcək” deyə vurğulayıb.
Nəşrin iddiasına görə, eyni zamanda, həmkarlar ittifaqları hökumətin siyasətinə qarşı kütləvi etirazlar üçün “böyük potensial” olduğuna inanırlar.
Digər tərəfdən, Almaniya hakimiyyəti müəssisələrin təzyiqi altındadır. Məqalədə deyilir ki, Almaniya İşəgötürənlər Assosiasiyasının rəhbəri Rainer Dulger “işsizlik müavinətlərinin müddətini qısaltmaqdan tutmuş vergi güzəştlərinə və ödənişsiz xəstəlik günlərinin tətbiqinə qədər böyük islahatlara çağırdı”.
E.ŞİRİNOV