Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Yanvar 2026 / 20:40

Azərbaycanın qeyri-neft sektoru ixracı 8,5 % böyüyüb

2025-ci ildə Azərbaycan Rusiyaya 1 milyard 174,55 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

Tezadlar.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,1 % çoxdur.

Ötən il qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində əvvəlki ilə nisbətən 10,15 % artaraq 597,35 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 27,6 % artaraq 347,9 milyon ABŞ dolları olub.

İl ərzində Azərbaycan həmçinin İsveçrəyə 347,8 milyon ABŞ dolları (57,8 % çox), Ukraynaya isə 201 milyon ABŞ dolları (70,9 % çox) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

Hesabat ilində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı illik müqayisədə 8,5 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!