Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Yanvar 2026 / 09:38

Trampın xüsusi elçisi Vuçiçi düzgün yolu seçməyə çağırır

Avropa ölkələri Brüsselin yürütdüyü iqtisadi siyasət səbəbindən çətinliklərlə üzləşirlər.

Tezadlar.az xəbər verir ki, bu açıqlamanı ABŞ-ın xüsusi tapşırıqlar üzrə xüsusi elçisi Riçard Qrenell sosial media platformasında mövzuya həsr olunmuş paylaşım edib.

Onun sözlərinə görə, Aİ üzv ölkələrinin iqtisadiyyatını “boğur”, innovasiya səviyyəsi isə olduqca aşağı olaraq qalır.

“Avropa daxilində şirkətlər böyümür. Serbiya prezidenti Aleksandr Vuçiç Avropa yolunu deyil, ABŞ yolunu izləməlidir”, – Qrenell qeyd edib.

Bu arada, 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun kənarında Serbiya lideri Aleksandr Vuçiç ABŞ dövlət katibi Marko Rubio ilə söhbətində Belqrad və Vaşinqton arasında yaxşı münasibətlərin möhkəmlənməyə davam etdiyini vurğulayıb.

Əvvəllər Macarıstanın prezident Donald Trampın təşəbbüskarı olduğu “Sülh Şurası”na qoşulacağı elan edilmişdi. Müvafiq sənədlərin imzalanmasının dövlət başçıları səviyyəsində baş tutacağı gözlənilir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!