Əsas məzmuna keç

Britaniyanın müdafiə naziri Rusiyanı “ehtiyatsızlıqda” günahlandırıb

Tezadlar.az N-TV-yə istinadən xəbər verir ki, Britaniyanın müdafiə naziri Con Heli Avropa müttəfiqlərini “Rusiya təhlükəsi qarşısında bir olmağa” çağırıb.

Heli deyib ki, avropalılar “düşmənlərinin və müttəfiqlərinin kim olduğunu heç vaxt unutmamalıdırlar”. Heli bu açıqlamaları Kopenhagendə danimarkalı həmkarı Troels Lund Poulsen ilə görüşdən sonra verib.

Heli qeyd edib ki, Rusiya Ukrayna münaqişəsində fəaliyyətini artırır, “Uzaq Şimalda Rusiyanın fəaliyyəti artır” və “NATO-nun dayanıqlığını sınayan Rusiyanın ehtiyatsızlığıdır”. Heli bildirib ki, güclü Ukrayna Avropanın təhlükəsizliyini təmin etmək üçün vacibdir. O, Britaniya və Danimarkanın bu məqsədə çatmaq üçün birlikdə çalışdıqlarını vurğulayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…