Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Axır ki, ABŞ Prezidenti Donald Trampın tarif təhdidlərindən imtina etməsindən və Qrenlandiyanın müttəfiqindən zorla alınmasını istisna etməsindən sonra dollar möhkəmlənib, qızıl ucuzalşıb və fond bazarları yüksəlib. Tezadlar.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersinin qiyməti əvvəlki bağlanışa nisbətən 29,75 ABŞ dolları və ya 0,61 % azalaraq bir troya unsiyası üçün 4 807,21 ABŞ dolları olub. Gümüşün mart fyuçersinin qiyməti isə 1,12 % artaraq bir unsiya üçün 93,71 ABŞ dollarına yüksəlib.
Qızıl bazarı dünya ticarəti ilə bağlı vəziyyəti izləyir və müsbət irəliləyişlər olduqda investorların etibarlı aktiv kimi qızıla tələbatı azalır. ABŞ Prezidenti Donald Tramp isə fevral ayından etibarən bəzi Avropa ölkələrindən idxal edilən mallara 10 % rüsum tətbiq etməyəcəyini bildirib. O, bu qərarın NATO-nun Baş katibi Mark Rütte ilə görüşdən sonra qəbul edildiyini qeyd edib.
Tramın təhdidləri bitmir ki, bitmir…