Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Yanvar 2026 / 17:23

Paşinyan öz musiqi qrupunu yaradıb

50 yaşlı Ermənistanın Baş naziri Nikol Paşinyan öz musiqi qrupunun yaradıldığını elan edib.

Tezadlar.az xəbər verir ki, siyasətçi Facebook səhifəsində qrupun loqosunu və adını “Varchabend” olaraq paylaşıb.

“Armenia Today” izah edir ki, ad erməni dilindəki “premier” və ingilis dilindəki “band” sözlərinin ilk iki hecasından əmələ gəlib.

Yanvarın ortalarında Paşinyan qrupun ilk çıxışının 30 yanvarda Yerevanda baş tutacağını açıqlayıb. O, konsert yerinin təfərrüatlarının daha sonra açıqlanacağını və iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçməyin tələb olunacağını bildirib.

Paşinyanın musiqiyə marağı ötən il nəzərə çarpmağa başlayıb. 2025-ci ilin avqust ayında media onun və həyat yoldaşı Anna Hakobyanın musiqi alətlərini, xüsusən də gitara və nağara çalmağı öyrənməyə başladığını bildirib. Daha sonra baş nazir dəfələrlə sosial mediada nağara çalarkən çəkdiyi videoları paylaşıb.

E.ŞİRİNOV

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!