Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Yanvar 2026 / 09:41

Tramp alman əsgərlərinə açıq şəkildə şillə vurmaqda ittiham olunur

ABŞ prezidenti Donald Tramp faktları təhrif edərək yaralı alman əsgərlərinə və Əfqanıstanda həlak olanların ailələrinə şillə vurub.

Tezadlar.az xəbər verir ki, RİA Novosti agentliyinin məlumatına görə, bunu Almaniyanın keçmiş müdafiə naziri Karl-Teodor zu Quttenberq bildirib.

Quttenberq Trampın bu həftə verdiyi açıqlamaya münasibət bildirib. ABŞ prezidenti bildirib ki, Amerika qoşunları Əfqanıstanda əsas işi görür, NATO müttəfiqləri isə cəbhə xəttindən uzaqdadır.

“Faktların qrotesk təhrifi. Bütün yaralılara və ölənlərin ailələrinə, eləcə də müttəfiq öhdəliklərinin bir hissəsi olaraq amerikalı yoldaşları ilə çiyin-çiyinə vuruşan əsgərlərə şillə vurulur”, – deyə Almaniyanın keçmiş müdafiə naziri bildirib.

O bildirib ki, ABŞ prezidenti bu sözlərə görə üzr istəməlidir, lakin Trampdan bunu gözləmir.

Daha əvvəl Danimarkadakı veteranlar Trampın Əfqanıstanla bağlı dediklərindən incimişdilər. Onlar ABŞ səfirliyinin qarşısında səssiz etiraz aksiyası keçirəcəklərinə söz vermişdilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!