Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Yanvar 2026 / 09:26

Tramp qanunsuz immiqrantlar üçün “sığınacaq şəhərləri”nə son qoyulmasına çağırır

ABŞ prezidenti Donald Tramp Konqresdən qanunsuz immiqrantlar üçün “sığınacaq şəhərləri”ni qadağan edən qanunvericilik qəbul etməyə çağırır.

Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt brifinq zamanı bildirib.

“Amerika şəhərləri yalnız qanuna tabe olan vətəndaşlar üçün təhlükəsiz sığınacaq olmalıdır, ölkəmizin qanunlarını pozan və buraya aid olmayan təhlükəli, qanunsuz cinayətkar əcnəbilər üçün deyil”, – Ağ Evin sözçüsü bildirib.

Daha əvvəl Tramp TruthSocial sosial media platformasında Konqresin şəhər hökumətlərinin qanunsuz immiqrantlar üçün əlverişli şərait yaratmasını qadağan edən qanunvericilik qəbul etməli olduğunu bildirmişdi.

24 yanvarda ABŞ immiqrasiya zabiti qanunsuz immiqrantların axtarışının davam etdiyi Minneapolisdə etirazlar zamanı bir kişini güllələyərək öldürüb. Medianın məlumatına görə, qurban təhlükəsizlik qüvvələri tərəfindən yerə yıxılan etirazçıya kömək etməyə çalışan tibb işçisi olub. Federal hakimiyyət orqanları onun silahlı olduğunu və agentlərə hücum etməyi planlaşdırdığını iddia edirlər. Bu, ilk belə hadisə deyil: bir neçə həftə əvvəl zabitlər 37 yaşlı bir qadını da güllələyiblər. İndi şəhərdə etirazlar yenilənmiş güclə alovlanıb və ABŞ hökuməti hökumətin fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!