27 Yanvar 2026 / 06:46

33 ildən sonra Zəngilanın Məmmədbəyli kəndinə köçdülər…

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dövlət Qaçqınkom- dan tezadlar.az- a bildirilib ki,  bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 20 ailə – 103 nəfər köçürülüb.

Yurda qayıdışımız əbədi olsun!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!