Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakının Xəzər rayonunda baş verən bir oğurluq hadisəsi məşhur rus yazıçısı Krılovun təmsilini yada salır: bir neşə şir öküzü ovlayır, amma sonra onu yemək üstündə qırğına çıxırlar, bir sözlə, ovu bölə bilmirlər, ov da başqa heyvanlara qismət olur!
Tezadlar.az da xəbər verir ki, rayon sakini, 46 yaşlı Samil Mahmudov polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 7 000 manat olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Razi Məlikov saxlanılıb. Araşdırmalar zamanı R.Məlikovun ötən ilin noyabr ayında S.Mahmudovla birgə Binə qəsəbəsində obyektlərin birindən məişət və elektronika avadanlıqları oğurladıqları məlum olub. Lakin R.Məlikov oğurlanan əşyaların satılmasından əldə edilən pulun bölgüsünün düzgün olmadığını əsas gətirərək qisas almaq məqsədilə S.Mahmudova məxsus evdən oğurluq etdiyini bildirib. Hər iki şəxs saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma aparılır.
Bu da birgə oğurlanan əşyaların bölgüsündəki ədalətsizliyin polisə verdiyi tutalqa! Nəticədə, indiyədək bağlı qalan daha bir cinayətin üstü açıldı- elə oğruların özlərinin köməkliyi sayəsində!
A.Məmmədli