…Biz hara gedirik? Hər kəs bu sualı birinci özünə, sonra da digərlərinə verməlidir! Artıq “Sosial şəbəkələr “ öz sferasından çıxıb “Şoubiznes “ müstəvisinə keçib… Gündəmi düşük, mənasız, səviyyəsiz, təhqiramiz, ucuz və nifrətə layiq mövzularla zəbt ediblər. Təəssüflər olsun ki, bəzi saytlar da guyaki “reytinq“ qazanmaq üçün bu yüngül və əttökən, bizim əxlaqa sığışmayan əxlaqsız xəbərləri həvəslə- bəhəslə tirajlayırlar. “İt dəftərində” adı olmayanları bilərəkdənmi, bilmərəkdənmi, “reklam“ edirlər. Dəhşət də orasıdır ki, belə lazımsız şeylərə meyl edənlərin baxış sayı da çoxdur. Bunlara nə deyəsən? Zövqümüz niyə bu qədər korlanıb? Sözün bitdiyi yer. Əlac ona qalıb ki, belə davam etsə, buralardan (yəni, Sosial şəbəkələrdən) uzaqlaşmaq! Bu çıxış yoludurmu??.
Musa Musayev,
Politoloq
PS.Dostlar, bəlkə burada da bir “İctimai Şura” yaradaq?