Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Yanvar 2026 / 12:59

ARDNF-in aktivlərində böyük yüksəliş

2025-ci il dekabrın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 22,5 faiz artaraq 73 541,5 milyon dollar təşkil edib.

Tezadlar.az   xəbər verir ki, bu barədə Fondun məlumatında deyilir.

Məlumata görə, hesabat dövründə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10 266,3 milyon manat olub, o cümlədən:

– mənfəət neftinin və qazın satışından 9 497,0 milyon manat;

– bonus ödənişləri və tranzit gəlirləri 765,7 milyon manat;

– akrhesabı ödənişlər 3,6 milyon manat.

Sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 8 292,9 milyon manat, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 958,8 milyon manat məbləğində vəsait daxil olub.

– Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 6 894,1 milyon manat təşkil edib.

– Valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 20 434,0 milyon manat olub.

– Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 14 481,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!