Əsas məzmuna keç

Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib

UEFA Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub. Tezadlar.az xəbər verir ki, turnirin qalibi uğrunda Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç yığmaları mübarizə aparacaqlar.

1/4 final mərhələsinin oyunları mart ayında keçiriləcək.

Cütlüklər noyabrın 20-də baş tutacaq püşkatma mərasimində müəyyənləşəcək. Yarımfinal, üçüncü yer uğrunda görüş və final qarşılaşması isə iyun ayında təşkil olunacaq.

Millətlər Liqası 2018/19 mövsümündən etibarən keçirilir. Turnirin pley-off mərhələsinə elit divizionun qruplarında ilk iki yeri tutan komandalar vəsiqə qazanırlar. Hazırkı çempion Portuqaliya millisidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…