Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Yanvar 2026 / 20:20

Azərbaycanın xarici ticarət dövriyyəsi 49,4 milyard dollara çatıb

Ötən il Azərbaycandan 900 milyon 973,95 min ABŞ dolları dəyərində 845 min 559,93 ton meyvə və tərəvəz ixrac edilib.

Tezadlar.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə ixrac edilən məhsulun dəyəri 27,3 %, həcmi isə 23,2 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 27,64 % təşkil edir.

2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin göstəricisinə nisbətən 3,8 % çoxdur. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. 2025-ci ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!