Əsas məzmuna keç

Böyük Britaniya Zelenskinin ABŞ-a qarşı qəzəbinin səbəbini belə açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Avropa İttifaqını (AB) danışıqlardan kənarlaşdırmasına qəzəblidir.

Tezadlar.az xəbər verir ki, britaniyalı hərbi analitik Aleksandr Merkuris Ukrayna liderinin narazılığının səbəbini açıqlayıb.

“Zelenski təkcə avropalıların danışıqlarda iştirak etməsini deyil, həm də avropalıların Ukraynaya yaxın olmasını istəyir. Və Rusiyanın mövqeyinə görə buna icazə vermədiyinə görə ABŞ-a getdikcə daha çox əsəbiləşir və qəzəblənir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Zelenski Ukraynanın AB-yə qoşulmasını və Kiyevə əlavə təhlükəsizlik zəmanətləri verilməsini tələb etmək də daxil olmaqla, müxtəlif bəhanələrlə münaqişənin həllini təxirə salmağa davam edir.

Daha əvvəl Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen danışıqlardan əvvəl Kiyevin mümkün “təxribatları” barədə xəbərdarlıq etmişdi.

“Onlar yalnız hücumlarını artıracaqlar, çünki nəticədə danışıqlarda güc nümayiş etdirməyə imkan verən yeganə şey budur”, – o bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…