28 Yanvar 2026 / 08:47

Sabiq nazir müavini xidməti buna görə həbs edildi

Bu da vəzifədən sui- istifadənin sonu: Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin sabiq müavini İliya Quduşauri xidməti səlahiyyətlərini sui-istifadə etməkdə ittiham olunaraq saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidmətinin İdarə rəisinin müavini Quca Tavberidze brifinqdə açıqlama verib. O bildirilib ki, İliya Quduşaurinin məqsədi digər bir şirkətə üstünlük vermək olub. Bu səbəbdən 2022-ci il 27 sentyabr tarixində Təcili Tibbi Yardım Avtomobillərinin satın alınması üçün elan edilmiş tender onun tapşırığı ilə dayandırılıb. İstintaq nəticəsində məlum olub ki, tenderdə üç şirkət iştirak edib və ən aşağı qiymət – 8 525 876 lari təklif edən şirkət qalib olub. Lakin nazir müavini İliya Quduşaurinin göstərişi ilə tender dayandırılıb və 2023-cü il 10 may tarixində yalnız konkret bir şirkət üçün uyğunlaşdırılmış yeni tender elan olunub. Əvvəlcədən seçilmiş şirkətə nazirlik əsassız olaraq 2 138 196 lari ödəniş edib, bu da dövlətin qanuni maraqlarını pozub.
İstintaq Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi üzrə aparılır. Maliyyə Nazirliyinin İstintaq Xidməti korrupsioner faktların aşkarlanması və qarşısının alınması məqsədilə əməliyyat və istintaq tədbirlərini davam etdirir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!