28 Yanvar 2026 / 15:07

Rusiya və Hindistan SJ-100 üçün birgə istehsal müqaviləsi imzalayıblar

Hindistan Rusiya Superjetlərinin lisenziyalı istehsalını həyata keçirəcək

Rusiyanın mülki təyyarələri Haydarabad Beynəlxalq Hava Sərgisində böyük səs-küy salıb. Tərəflər artıq ilk müqavilələri imzalayıblar və Hindistan Rusiya Superjetlərinin lisenziyalı istehsalını həyata keçirəcək.

Tezadlar.az xəbər verir ki, “United Aircraft Corporation”-ın məlumatına görə, bu, Hindistanda istehsal olunan ilk tam təchizatlı sərnişin təyyarəsi olacaq. Ölkənin mülki aviasiya bazarı dünyada ən böyük bazarlardan biridir, qlobal miqyasda üçüncü yerdədir və davamlı olaraq böyüyür.

Superjetlərdən əlavə, Rusiya Hindistana yeni Il-114-300 turbovintli təyyarəsini də gətirib. Yeni interyerlərə malik tam təchizatlı təyyarə ilk dəfə beynəlxalq ictimaiyyətə nümayiş etdirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!