Ötən gün axşam saatlarında Nəsimi rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Tezadlar.az Daxili İşlər Nazirliyinə istinadla xatırladır kiŞ araşdırmalarla müəyyən edilib ki, 4 avtomobildən pul, bank kartları, sənədlər olan çanta və pulqabıları, eləcə də mobil telefon oğurlanıb. Zərərçəkənlərə təxminən 2000 manat maddi ziyan vurulub. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş 40 yaşlı Səbuhi Mirzəyev saxlanılıb. Məlum olub ki, o, rayonda daha bir avtomobildən oğurluğa cəhd edib, Abşeron rayonunda isə 3 avtomobildən pul oğurlayıb. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
DİQQƏT: Avtomobildə pul, sənəd və qiymətli əşyaların saxlanılması oğrular üçün asan hədəf yaradır. Təhlükəsizliyin ilk addımı, ehtiyatlı davranışdır, Avtomobili mühafizə olunan duracağa qoyun. Bu, oğurluq riskini azaldır, nəqliyyat vasitənizin və əşyalarınızın təhlükəsizliyini təmin edir.