Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Yanvar 2026 / 21:35

ABŞ diplomatından Qırmızı Qəsəbəyə ilk səfər – diqqətçəkən mesaj

Azərbaycanın şimal bölgəsinə ilk səfəri çərçivəsində ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Qırmızı Qəsəbəyə səfər edib.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi paylaşım edib.

Qeyd olunub ki, səfər zamanı E.Karlon Azərbaycanın yerli yəhudi icmasının üzvləri ilə görüşüb, tarixi Altı Günbəz sinaqoqunu və Dağ Yəhudiləri Muzeyini ziyarət edib.

“ABŞ Azərbaycanın yəhudi icmasına göstərdiyi hörməti və dini müxtəlifliyə sadiqliyini yüksək qiymətləndirir”, – paylaşımda bildirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!