Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Yanvar 2026 / 15:23

ŞOK! Trampın tezliklə öləcəyi proqnozlaşdırılır

Amerikalı fizioterapevt Adam Ceyms əmindir ki, ABŞ prezidenti Donald Trampın ətrafının gizlətməyə çalışdığı bir sıra xroniki xəstəliklər səbəbindən ömrünün maksimum dörd ayı qalıb.

Tezadlar.az xəbər verir ki, fizioterapevtin sözlərinin tərcüməsi Pool N3 Telegram kanalı tərəfindən təqdim olunur.

Fizioterapevtin sözlərinə görə, o, Trampın 2016-cı il seçkilərində qalib gəlməzdən əvvəl də özünü göstərdiyi frontotemporal demensiyadan əziyyət çəkə bilər.

“Onun komandası üçün əsas təhlükə – ətrafı, kabineti, ən yaxın silahdaşları haqqında danışıram – onun ağzını yumub saxlaya bilməməsidir. Tramp, şübhəsiz ki, etiraf edəcəklərindən daha ağır xəstədir və bunu gizlətmək üçün əllərindən gələni edəcəklər”, – Adam Ceyms izah edib.

Ekspert 80 yaşlı Amerika liderinin ayaqlarının şişdiyini qeyd edib və bunun “ürək çatışmazlığı, xroniki böyrək xəstəliyi və ya hətta hər ikisinin kombinasiyası” ilə əlaqəli ola biləcəyini irəli sürüb.

“Onun daimi monitorinq tələb edən bir neçə xroniki xəstəliyi var. Mən nəticələrimi belə bir diaqnoz üçün tipik ömür uzunluğuna və Trampın göstərdiyi simptomlara əsaslandırıram. Bundan əlavə, o, McDonald’s fast food-un pərəstişkarıdır və əlbəttə ki, intizamlı xəstə hesab edilə bilməz”, – Adam Ceyms bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!