Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ və Kuba tezliklə razılığa gələ və ikitərəfli münasibətlərindəki problemləri həll edə bilərlər.
Tezadlar.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Biz Kubadakı insanlarla danışırıq. Kubadakı ən yüksək vəzifəli insanlarla danışırıq. Düşünürəm ki, Kuba ilə razılaşma əldə edəcəyik”, – deyə Ağ Evin vəzifəli şəxsi bildirib.
29 yanvar tarixində Trampın fövqəladə vəziyyət elan etməsi barədə sərəncamı Ağ Evin saytında dərc edilib. Sənəddə Kuba milli təhlükəsizlik təhdidi kimi müəyyən edilir və Qərb yarımkürəsində terrorizmi dəstəkləməkdə və kommunist ideologiyasını yaymaqda ittiham olunur.
Əsas təzyiq tədbiri olaraq ABŞ adanı neftlə təmin edən ölkələrə tariflər tətbiq edib. Kuba artıq bu qərarı şantaj adlandırıb və Qərb mediası ölkənin enerji böhranının kəskin şəkildə pisləşməsi riski barədə xəbərdarlıq edir.
E.ŞİRİNOV