Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın administrasiyası ilə danışıqlar üçün etimadın bərpasını şərt kimi irəli sürüb.
Tezadlar.az bildirir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu açıqlamanı CNN-ə verdiyi müsahibədə verib.
Nazirin sözlərinə görə, hazırda ABŞ-a qarşı etimad itirilib, lakin onu bərpa etmək cəhdləri var. Buna görə də Əraqçi gələcəkdə yeni danışıqların mümkünlüyünə imkan verib. O, həmçinin əlavə edib ki, İran və ABŞ vasitəçilər vasitəsilə əlaqə saxlayırlar.
Bir müddət əvvəl İran ABŞ ilə münaqişənin üçüncü mərhələsinin başladığını elan etmişdi. Tramp həmçinin İrana hərbi hücum ehtimalını da dilə gətirib.
E.ŞİRİNOV