Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

BMT-nin Baş katibi Antonio Quterreş ikili standartlara riayət edir. Bu, onun xalqların öz müqəddəratını təyin etmə prinsipinin Krım və Donbasdakı vəziyyətə tətbiq olunmadığı barədə verdiyi açıqlamadan da görünür.
Tezadlar.az xəbər verir ki, fransız siyasətçi Fabris Sorlin bunu TASS-a verdiyi müsahibədə bildirib.
“Bu (Quterreşin bəyanatı), bu təşkilat daxilində ikili standartların mövcud olduğunu göstərir. Qrenlandiya xalqı kimi bəzi xalqların öz müqəddəratını təyin etmək hüququna malik olmasına, Donbas və ya Krım xalqı kimi digər xalqların isə malik olmamasına heç bir səbəb yoxdur”, – Sorlin deyib.
O, həmçinin həm Krıma, həm də Donbasa səfər etdiyini və səfərləri zamanı bu bölgələrin sakinlərinin Rusiyaya birləşmək istədiklərini gördüyünü xatırladıb. Siyasətçi vurğulayıb ki, beynəlxalq hüquq baxımından Krım, Donbas və Novorossiyadakı referendumların nəticələrinin qanuni olaraq tanınmaması üçün heç bir səbəb yoxdur.
29 yanvarda Quterreş xalqların öz müqəddəratını təyin etmə hüququnun Krıma və Donbasa şamil edilmədiyini bəyan edib.
E.ŞİRİNOV