Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə, Misir və Qətər hakimiyyəti yaxın günlərdə Ankarada ABŞ prezidentinin elçisi Stiven Uitkoff və İran nümayəndələri arasında görüş təşkil etmək üzərində işləyir.
Tezadlar.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat verib.
Görüşün təşkilində iştirak edən ölkələrdən birinin mənbəsi bildirib ki, “İşlər irəliləyir. Biz əlimizdən gələni edirik”.
Görüşün bir həftə ərzində baş tutması gözlənilir. Nəşrin qeyd etdiyi kimi, Türkiyə, Misir və Qətər ABŞ və İran arasında məsləhətləşmələrin regionda müharibənin qarşısını ala biləcəyinə ümid edirlər.
ABŞ rəsmisi portala bir həftə ərzində Türkiyədə ABŞ və İran nümayəndələri arasında görüşün mümkünlüyünü təsdiqləyib. Başqa bir ABŞ rəsmisi vurğulayıb ki, Tramp administrasiyası “müxtəlif kanallar vasitəsilə İrana razılaşma bağlamaq üçün görüş keçirməyə hazır olduğunu bildirib”.
26 yanvarda Tramp “nəhəng bir armada”nın İrana doğru irəlilədiyini bəyan edib. O, Tehranın danışıqlar masasına oturub nüvə silahlarının tamamilə ləğvini nəzərdə tutan “ədalətli və bərabər” bir razılaşmaya çatacağına ümid etdiyini bildirib.
E.ŞİRİNOV