Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp ölkəyə üç yeni ştatın qoşulması ilə bağlı zarafat etdi.
Tezadlar.az xəbər verir ki, bu, “The Washington Post” qəzetində vurğulanıb.
Şənbə günü keçirilən şam yeməyində Amerika lideri Qrenlandiyanı ilhaq etmək planının olmadığını; onu almaq istədiyini bildirib.
“Mən heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək niyyətində olmamışam. Kanadanı 51-ci ştat etmək istəyirəm. Qrenlandiya 52-ci ştat olacaq. Venesuela 53-cü ştat ola bilər”, – deyə siyasətçi davam edib. “The Washington Post” qəzetinin qeyd etdiyi kimi, açıqlama zarafatla verilib.
Daha əvvəl ABŞ prezidenti Kanadanın Baş naziri Mark Karnini “qubernator” adlandırmış və Çinlə ticarət razılaşmasına gələcəyi təqdirdə 100% tariflərlə hədələmişdi.
E.ŞİRİNOV