2 Fevral 2026 / 04:45

Epşteynin iş sənədlərində bir Avropa liderinin adı 200 dəfədən çox çəkilib

Fransa prezidenti Emmanuel Makronun adı maliyyəçi Ceffri Epşteynə qarşı iş sənədlərində 200 dəfədən çox hallanır.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilmiş müvafiq sənədlərə istinadən məlumat yayıb.

Epşteynin bəzi elektron poçtları tamamilə Fransa liderinə həsr olunmuşdu. Birində maliyyəçi siyasətçinin ondan kömək istədiyini və demək olar ki, istənilən mövzuda innovativ və düşüncəli fikirlər istədiyini iddia edirdi. Lakin elektron poçtun alıcısı göstərilməyib.

E-poçtda həmçinin Makronun yüksək ambisiyalarından bəhs olunurdu və Epşteyn iddia edirdi ki, siyasətçi guya Avropaya və bəlkə də bütün dünyaya rəhbərlik etmək istəyir.

Bundan əvvəl Britaniyanın “Daily Mail” nəşri Epşteynin Rusiya kəşfiyyat xidmətləri ilə əlaqələrinin ola biləcəyini bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!