2 Fevral 2026 / 05:49

Epşteyn rublun qlobal valyuta statusunu proqnozlaşdırmışdı

Məşhur amerikalı maliyyəçi Ceffri Epşteyn məktublarından birində qlobal iqtisadiyyatın gələcəyi barədə düşünmüşdü. Onun sözlərinə görə, rubl dollardan sonra növbəti qlobal valyuta olmalı idi.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Epşteyn Norveçin keçmiş Baş naziri Torbyorn Yaqlana yazırdı: “Növbəti həqiqətən qlobal valyuta Çin yuanı deyil, Rusiya rublu olmalıdır”.

Əvvəllər bildirilirdi ki, Fransa prezidenti Emmanuel Makronun adı Epşteyn işində 200 dəfədən çox xatırlanır. Maliyyəçinin bəzi məktubları tamamilə Fransa liderinə həsr olunmuşdu.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!