Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp BMT-nin qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşı çıxıb,
Tezadlar.az xəbər verir ki, o, bunu “Politico”ya verdiyi müsahibədə bildirib.
Ağ Ev rəhbəri belə bir addımı yersiz adlandırıb. “BMT Nyu-Yorkdan ayrılmayacaq, ABŞ-dan ayrılmayacaq, çünki BMT-nin böyük potensialı var”, – deyə Tramp bildirib.
“The New York Times” qəzetinin məlumatına görə, BMT-nin vəsaiti tükənərsə, fəaliyyətini azaltmalı və ya qərargahını bağlamalı olacaq. BMT-nin baş katibi Antonio Quterreş BMT-nin maliyyə çöküşü ərəfəsində olduğunu bildirib.
Daha əvvəl Tramp BMT-nin maliyyə problemlərini üzvlərini ödənilməmiş üzvlük haqlarını ödəməyə məcbur etməklə həll edə biləcəyini bildirib.
E.ŞİRİNOV