2 Fevral 2026 / 13:39

Medvedev Finlandiya istiqamətində haubitsa atəş açdığını xatırladı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiya istiqamətində haubitsa atəş açdığını xatırladı.

Tezadlar.az xəbər verir ki, o, bu barədə TASS, “Reuters” və “Wargonzo” layihəsinə verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, bu, artilleriyaçı kimi hərbi təhsil aldığı zaman baş verib.

“Hamı Finlandiya sərhədi istiqamətində atəş açırdı. Finlandiya ilə fikir ayrılığımız olduğuna görə yox. Sadəcə orada bölmə yerləşdiyinə görə”, – deyə siyasətçi izah edib.

O, həmçinin qeyd edib ki, hələ də atəşi idarəetmə cihazından istifadə edərək atəş aça bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!