Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qazaxıstan hökuməti ikinci Atom Elektrik Stansiyasının (AES) tikintisi haqqında qərar qəbul edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Müvafiq qərarı Baş nazir Oljas Bektenov imzalayıb.
Sənəddə “İkinci atom elektrik stansiyası” adlı nüvə qurğusunun tikintisi müəyyən edilir və onun yerləşəcəyi ərazi kimi Almatı vilayətinin Jambıl rayonu göstərilir.
Qazaxıstanda birinci AES-i “Rosatom” tikəcək. Tikinti işləri 2035-2036-cı illərdə başa çata bilər. Ulken qəsəbəsi yaxınlığında tədqiqat işləri ötən il avqustun 8-də başlayıb.
İkinci və üçüncü AES-in inşası “China National Nuclear Corporation” (CNNC) tərəfindən həyata keçirilə bilər.