Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Portuqaliyanın “Portu” klubunun mətbuat xidməti Fransanın “Renn” komandasının yarımmüdafiəçisi Sekou Fofananı icarə əsasında transfer etdiklərini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, futbolçunun icarə müddəti 2026-cı ilin yayına qədər qüvvədə olacaq.
Razılaşmanın şərtlərinə əsasən, “Portu” icarə haqqı olaraq 2 milyon avro ödəyəcək və Kot-d”İvuar millisinin üzvünü 17 milyon avro və bonuslar qarşılığında satın almaq öhdəliyini üzərinə götürüb.
Qeyd edək ki, Sekou Fofana 2025-ci ilin yanvarından “Renn”in formasını geyinir. O, cari mövsümdə Fransa Liqa 1-də 12 oyun keçirib və 1 qolla yadda qalıb.