Bu gün Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ” və “Neftçi” komandaları qarşılaşacaq.
Tezadlar.az xəbər verir ki, maraqla gözlənilən bu matç Tofiq Bəhramov adına Respublika Stadionunda saat 19:00-da start götürəcək.
Turun ilk oyununda isə “Qəbələ” “Sabah”la qarşılaşacaq.
Hazırda “Neftçi” 16 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik iki komanda – “Sabah” və “Qarabağ” kollektivləri müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.






